Şrift:
Bu gün Minskdə MDB Hökumət Başçıları Şurasının iclası başlayır
28.10.2016 [10:53] - Gündəm, Siyasət
Bu gün Minskdə Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının (HBŞ) iclası keçiriləcək.
"Report" MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sessiyada MDB-nin fəaliyyətinin prioritet sahələri üzrə əməkdaşlığın gələcək inkişafı ilə bağlı 20-dən çox sənəd layihəsinin nəzərdən keçirilməsi planlaşdırılır.
Məlumata görə, əsas diqqət iqtisadi əməkdaşlıq məsələlərinə yönəldiləcək. O cümlədən azad ticarət zonasının yaradılması üzrə sazişlə bağlı vəziyyət, 2030-cu ilədək enerji resurslarının hasilat və istehlak proqnozu, iqtisadi-maliyyə sahəsindəki əməkdaşlıqla bağlı məsələlər, əqli mülkiyyət bazarının formalaşması və inkişafı müzakirə ediləcək.
HBŞ-nin iclasında, həmçinin humanitar sahə üzrə bir sıra əhəmiyyətli sənədlərin nəzərdən keçirilməsi planlaşdırılır.
Eyni zamanda, 2017-ci ildə Birlik ölkələrinin birgə Hava hücumundan müdafiə sisteminin yaradılması və inkişafı üçün maliyyə vəsaitlərinin ayrılması barədə qərar qəbul ediləcəyi gözlənilir.
Bundan əlavə, hökumət başçıları bir sıra maliyyə-büdcə məsələlərini nəzərdən keçirəcək və növbəti görüşün tarixi və yerini müəyyənləşdirəcək.
Bu xəbər oxucular tərəfindən 428 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed