Şrift:
Suriyada "Sepah"-ın daha bir generalı öldürülüb
28.10.2016 [13:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) generalı Qulamrza Səmai Suriyada öldürülüb.
Bu barədə məlumat verən "Farsnews" xəbər agentliyi bildirir ki, general həm də 8 illik İran-İraq müharibəsinin iştirakçısı olub.
Bundan əlavə o, “Sepah”ın ölkənin şərqindəki əməliyyat qərargahının məsulu, “Nəsr” 5-ci diviziyasının artilleriya qrupunun komandiri və bir sıra digər mühüm postlarda çalışıb.
Suriya prezidenti Bəşər Əsəd rejiminə dəstək məqsədilə bir neçə həftə əvvəl İranın Suriyaya göndərdiyi “Sepah” komandirinin 57 yaşlı var idi. O Suriyaya göndərilən "Sepah" qruplarından birinin komandiri idi.
Bu xəbər oxucular tərəfindən 563 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed