Şrift:
Qərbin demokratiya hədiyyəsi - Liviya sürətlə parçalanır
09.03.2012 [11:49] - Siyasət
Liviyanın üçüncü böyük şəhəri olan Misrataya ölkənin digər rayonlarının sakinlərinin daxil olması məhdudlaşdırılıb.

Misrata şəhərinin fevral ayında seçilmiş bələdiyyə hakimiyyəti bəyan edib ki, şəhəri qorumaq və ictimai asayişi təmin etmək keçən il şəhəri Müəmmər Qəddafi qoşunlarından qorumuş yerli silahlı bölməyə tapşırılıb.

“Quardian” qəzeti yazıb ki, Misratada bir çox liviyalılar üçün girişi qadağan edilən təhlükəsizlik zonası yaradılıb. Bu, faktiki Misratanın muxtariyyətinin elan edilməsindən gedir.

Qeyd edək ki, bundan 3 gün əvvəl mərkəzi Benqazi şəhəri olmaqla, Liviyanın neftlə zəngin bölgələrini əhatə edən muxtar qurumun yaradıldığı elan olunub.
Bu xəbər oxucular tərəfindən 1000 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed