Şrift:
“Miniatür tariximiz dünən və bu gün” mövzusunda növbəti diskussiya keçirildi.
31.10.2016 [10:06] - Köşə yazarları, Gənclik
29 oktyabr 2016-cı il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Dil və Tarix Qurumunun (DTQ) təşkilatçılığı ilə “Miniatür tariximiz dünən və bu gün” mövzusunda növbətidiskussiya keçirildi.
Tədbiri giriş sözü ilə BAO Dil və Tarix Qurumunun (DTQ) rəhbəri Elmar Həsənli açdı. O, tədbirə məruzəçi kimi dəvət olunmuş AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq doktoru Cəmilə Həsənzadənin miniatür tariximiz haqqında çox önəmli tədqiqatçı olduğunu vurğuladaı.
Sonra Cəmilə Həsənzadə mövzu üzrə geniş məruzə ilə çıxış etdi. O, miniatür tariximiz haqqına mərhələlər üzrə məlumat verdi: “Əvvəldən mənim əsas tədqiqat sahəm Təbriz məktəbi olmuşdur.Təbriz miniatür məktəbi Elxanilər dövründən başlayır. Sonra Cəlairlər dövründə davam edir. Bu dövr haqqında materiallar əsasən “Topqapı” arxivindədir. Həmçinin Fransa arxivlərində də miniatür materiallarımız çoxdur. Mən hər iki ölkədən xeyli materiallar əldə etmişəm. Qey etdiyim dövrlərə aid bir çox böyük miniatürçülərimiz var ki, bu gün tanınmır. Çünki, üzə çıxarılıb təbliğ olunmayıb. Məsələn əhməd Musa, Şəmsəddin Təbrizi, onun şagirdlərti – Əbdəlxai, Cüneyd və s. Əmir Teymur Bura gəldikdən sonra Əbdəlxaini Səmmərqəndə aparır. Təbriz məktəbinin bütün məktəblərə təsiri olub. Bir çox miniatür məktəbləri, o cümlədən Herat məktəbi məhz Təbriz məktəbindən gedənlər tərəfindən formalaşıb”.
Daha sonra tədbir iştirakçılarından Elmar Həsənli, Bəxtiyar Tuncay, Dilavər Əzimli, Pərinisə Əsgərova, Əli Əmirli (Ələmi), Faiq Ələkbərov və b.-nın sual və fikirləri ilə diskussiya davam etdirildi
Bu xəbər oxucular tərəfindən 518 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed