Şrift:
Amerikalı general: "İran Yaxın Şərqdə təhlükəsizliyə ən ciddi hədədir"
09.03.2012 [12:43] - Siyasət
ABŞ (Amerika Birləşmiş Ştatları) Mərkəzi Komandanlığının (fərmandehi) rəhbəri general Ceyms Mattis İranın Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdə qalması üçün böyük səylər göstərdiyini və Yaxın Şərqdə təhlükəsizliyə ən ciddi hədə olduğunu deyib. BBC-yə istinadən yayılan məlumata görə, Senat dinləməsində çıxış edən general Mattis beynəlxalq ictimaiyyətin İrana qarşı sanksiyalarının (təhrimlərin) onu mübahisəli nüvə proqramından çəkindirmədiyini deyib.O, eləcə də İranın prezident Əsədi hakimiyyətdə saxlamaq üçün Suriyaya silah göndərdiyini bildirib: “İran və onun əlaltılarının təxribatçı fəaliyyəti onun Vaşinqtonda Səudiyyə səfirini öldürmək qəsdindən aydın görünür. İran dünyada sabitliyə və təhlükəsizliyə ən ciddi təhlükədir”.
Bu xəbər oxucular tərəfindən 957 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed