02.11.2016 [12:02] - Xəbərlər, Siyasi partiyalar, Fərəc Quliyev
Fərəc Quliyev: “Urmiya gölü, sosial və iqtisadi çətinliklər, mədəni və dil problemləri, təhsil və məktəb kimi məsələlərə əl qoya, nəticə əldə edə bilərlər”
İran Parlamentində türk deputatlardan ibarət fraksiya rəsmən fəaliyyətə başlayıb. Bu barədə fraksiyanın sözçüsü Zəhra Sai məlumat verib. O bildirib ki, türklərin yaşadığı bölgələri təmsil edən fraksiya parlamentin 100 deputatının iştirakı ilə yaradılıb: "Bunlardan 25 nəfəri mərkəzi şuranın üzvləridir. İclasda rəyasət heyəti üçün də seçki keçirildi və nəticədə Məsud Pezeşkian fraksiyanın rəhbəri seçildi”.
Zəhra Sai fraksiyanın yaradılmasının məqsədi barədə də danışıb: "İranda türklər yaşayan bölgələrin problemlərini həll etmək üçün strateji idarəetməni də nəzərə alaraq belə bir fraksiya yaratdıq”. Ekspertlər ümid edirlər ki, yaradılmış fraksiya öz fəaliyyətində Azərbaycan və ölkədəki bütün türklərin problemlərinin çözülməsində təsirli olacaq. Məsələ ilə bağlı "Şərq”ə danışan millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib ki, nə etməsindən asılı olmayaraq, İran Parlamentində türk fraksiyasının yaranmasının özü böyük bir hadisədir: "Bu onu göstərir ki, parlamentdə çoxlu türk əsilli deputatlar var. Nə qədər assimilyasiya olunsalar da, soydaşlarımızın yaşadığı yerləri əyalətlərə bölsələr də, İran adlanan ölkədə Azərbaycan türkləri çoxluq təşkil edir və öz mövqelərini qoruyurlar. Parlamentdə böyük sayda türk fraksiyasının yaradılması gələcəkdə Azərbaycan türkcəsinin məclisdə ikinci dövlət dili kimi qanuni şəkildə istifadəsi məsələsini gündəmə gətirə bilər”. Deputat bildirib ki, İranda seçkiyə hər kəsi buraxmırlar və insanlar müvafiq Şuranın süzgəcindən keçirildikdən sonra öz namizədliklərini vermək imkanı əldə edirlər: "Buna baxmayaraq, orada olan insanlarımızın qanlarında, canlarında genetik olaraq bir türklük var. Ən azından birlik halında Azərbaycanın siyasi yük daşımayan məsələlərini gündəmə gətirə bilərlər. Urmiya gölü, sosial və iqtisadi çətinliklər, mədəni və dil problemləri, təhsil və məktəb kimi məsələlərə əl qoya, nəticə əldə edə bilərlər. Hər halda bunu zaman göstərəcək. Amma vurğulamaq istədiyim odur ki, hətta heç bir iş görülməsə belə, türk fraksiyanın yaradılmasının özü kifayət qədər ciddi hadisədir”.
İsmayıl

Bu xəbər oxucular tərəfindən 1005 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |