Şrift:
Sumqayıtda II Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək
03.11.2016 [11:36] - Köşə yazarları, Gənclik, İdman
Noyabrın 11-də Sumqayıt Paralimpiya İdman Kompleksində II Uşaq Paralimpiya İdman Oyunları təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, yarışlar Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK), “Azercell Telekom” MMC-nin və UNICEF-in Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçiriləcək. Turnirdə respublikanın müxtəlif regionlarını təmsil edən uşaq paralimpiyaçılar idmanın beş növü (cüdo, üzgüçülük, masaüstü tennis, qolbol və boccia) üzrə güclərini sınayacaqlar. Yarışda sağlamlıq imkanları məhdud 60-dan çox uşaq mübarizə aparacaq.

AMPK beynəlxalq təcrübədə ilk dəfə olaraq, sağlamlıq imkanları məhdud uşaqların kütləvi şəkildə idmana cəlb edilməsini himayəsinə götürərək, 2013-cü ilin sentyabrında Uşaq Paralimpiya Komitəsini yaradıb. Komitənin yaradılmasında məqsəd ehtiyat idmançıların hazırlanması ilə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına dəstək verməkdir.
Bu xəbər oxucular tərəfindən 579 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed