Şrift:
Müvafiq razılığı və nəzarət markası olmayan 421 dini ədəbiyyat satışdan çıxarılıb
04.11.2016 [13:14] - Gündəm, İslam dini
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları ilə birgə Bakının Sabunçu, Nizami, Xətai, Nəsimi və Suraxanı rayonları ərazisində yerləşən dini təyinatlı ədəbiyyatın, habelə mal və məmulatların satışı ilə məşğul olan 9 mağazada daha bir reyd keçirib.

Komitənin mətbuat xidmətindən verilən məlumata görə, monitorinqin keçirilməsində məqsəd dini təyinatlı ədəbiyyatların və məmulatların satışı ilə məşğul olan məntəqələrin fəaliyyətinin, həmin ədəbiyyatların istehsal və satışı, eləcə də onların nəzarət markası ilə markalanması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasının müəyyənləşdirilməsindən ibarət olub.

Baxış keçirilən mağazalardan 8-nin ixtisaslaşdırılmış satış məntəqəsi olmadan dini təyinatlı ədəbiyyat, mal və məmulatların satışı ilə məşğul olduğu aşkarlanıb. Bununla yanaşı, içərisində müvafiq razılığın olmadığı, nəzarət markası ilə markalanmamış 421 dini təyinatlı ədəbiyyat, 13 ədəd DVD, 5 ədəd CD müəyyən edilərək hüquq-mühafizə orqanları tərəfindən götürülüb.

Qeydə alınmış qanun pozuntuları hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada sənədləşdirilib və aşkar edilmiş qanun pozuntuları ilə bağlı müvafiq araşdırmalar davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 740 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed