Şrift:
Cavid irsi məktəblilər arasında təbliğ edilir
05.11.2016 [11:00] - Xəbərlər, Gənclik, Mədəniyyət
Noyabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev Muzeyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə Bakıdakı 1 nömrəli tam orta məktəbdə böyük şair və dramaturq Hüseyn Cavidin irsinin təbliği məqsədilə tədbir keçirilib.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, tədbir muzeyin əməkdaşı Fəridə Əliyevanın rəhbəri olduğu “Məktəbli yeniyetmələr arasında Hüseyn Cavid yaradıcılığının təbliği” adlı layihə çərçivəsində təşkil edilib.

Çıxış edənlər böyük sənətkar Hüseyn Cavidin həyat və yaradıcılığından, ölməz əsərlərinin (“Ana”, “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər”, “Səyavuş”, “Xəyyam” və s.) əhəmiyyətindən danışıblar.

Eyni zamanda, layihə çərçivəsində yeni nəşr olunmuş “Cavid hikməti: seçmə aforizmlər (Azərbaycan və ingilis dillərində)” kitabı haqqında məlumat verilib.

Sonda məktəblilərə kitablar hədiyyə olunub.
Bu xəbər oxucular tərəfindən 466 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed