Şrift:
Cenevrədə İranda qeyri Fars millətlərin hüquqları mövzusunda beynəlxalq konfrans keçiriləcək
12.03.2012 [10:42] - Xəbərlər, Güney Azərbaycan-Təbriz
Martın 14-də İsveçrənin Cenevrə şəhərində BMT-də Təmsil Olunmayan Dövlətsiz Millətlər və Xalqlar Təşkilati (UNPO) və Azlıqların Hüquqlarının Müdafiəsi Qrupunun (MRG) təşkilatçılığı ilə “İranda qeyri Fars millətlərin hüquqları” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Toplantının əsas müzakirə mövzusu bu ölkədə yaşayan milli və dini azlıqların haqlarının pozulması məsələsi olacaq. Konfransın əsas məruzəçiləri – MRG-nin icraçı direktoru Mark Lattimer, Beynəlxalq Əfv Təşkilatının (“Amnesty İnternational”) təmsilçisi Antonio Bertsincer, İranda Azərbaycanlıların Hüquqlarının Müdafiəsi Assosiasiyasının (ADAPP) rəhbəri Faxtə Luna Zamani, Əhvaz İnsan Haqları Təşkilatının sədri Kərim Əbdiyan və Bəluçistan Xalq Partiyasının nümayəndəsi Monirə Süleymanidir.
Bu xəbər oxucular tərəfindən 1156 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed