Şrift:
Bakıda Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçirilir
12.03.2012 [12:46] - Gənclik
Tədbirdə 500-dək nümayəndə və qonaq iştirak edir

Bu gün Bakıda "Gülüstan" sarayında Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı öz işinə başlayıb. Tədbirdə Azərbaycanda və xaricdə fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələrindən, dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alan fəal azərbaycanlı gənclərdən, həmçinin Azərbaycan diaspor təşkilatlarının rəhbərlərindən ibarət 500-dək nümayəndə və qonaq iştirak edir.

Qurultayda xaricdəki diaspor təşkilatlarının işi və Azərbaycanın lobbiçilik fəaliyyətinə dair məsələlər müzakirə ediləcək.

Qurultayda Dünya Azərbaycanlı Gənclər Birliyinin Nizamnaməsinin qəbulu, rəhbər orqanlarının seçilməsi planlaşdırılır. Həmçinin, azərbaycanlı gənclərin yaşadıqları cəmiyyətə inteqrasiyası məsələləri, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yeni təbliğat üsullarından istifadə və müasir informasiya texnologiyalarının tətbiqi, Azərbaycan gənclərinin lobbi quruculuğu və digər məsələlər müzakirə ediləcək.

“Azərbaycan Gəncliyi Dövlət Proqramı”na uyğun olaraq 2010-cu ilin noyabr ayında Almaniyanın Frankfurt şəhərində keçirilən Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin qətnaməsinə əsasən Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsi ilə əlaqədar təşəbbüs qrupu yaradılıb.
Bu xəbər oxucular tərəfindən 1324 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed