Şrift:
“Azərbaycan qadın geyim bəzəkləri” kitab-albomu çapdan çıxıb
11.11.2016 [10:30] - Köşə yazarları, Kitab evi
“Azərbaycan qadın geyim bəzəkləri” kitab-albomu nəşr olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyindən bildiriblər ki, kitab-albomun müəllifi muzeyin etnoqrafiya elmi fond şöbəsinin müdiri Gülzadə Abdulova, redaktoru bu elm müəssisəsinin direktoru, akademik Nailə Vəlixanlıdır.

Kitab-albomda ənənəvi xalq geyimlərinin tərkib hissəsi olan qadın geyimlərinin bəzədilməsində istifadə edilən elementlərin təsnifatı və onlar haqqında qısa məlumatlar verilib. Kitab-albom “Baş bəzəkləri”, “Düymə və piləklər”, “Ətəklik, yaxalıq və əlcəklər”, “Sancaqlar”, “Kəmərlər”, “Ayaq geyim bəzəkləri”, “Toxuma bəzəklər”, “Tikmələr” adlı bölmələrdən ibarətdir.

Nəşrə daxil edilən materiallar muzeyin fondlarında qorunur. Kitab-albomdakı mətnlər Azərbaycan və ingilis dillərində verilib.
Bu xəbər oxucular tərəfindən 428 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed