Şrift:
“Orta əsrlər Azərbaycan tarixinə aid ərəb mənbələrindən seçmələr” kitabı çapdan çıxıb
12.11.2016 [10:28] - Köşə yazarları, Kitab evi
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Orta əsrlər Azərbaycan tarixinə aid ərəb mənbələrindən seçmələr” kitabı nəşr olunub. Kitabda təqdim olunan seçmələrin tərcüməsini, qeyd və şərhlərin yazılması və tərtibini institutun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Nüşabə Bayramlı həyata keçirib.

İnstitutdan bildiriblər ki, kitabda Əbu Duləfin “İkinci Risalə (məktub)”, Əl-İstəxrinin “Kitab məsalik əl-məmalik” (“Məmləkətlərin yolları kitabı”), Şihabəddin ən-Nəsəvinin “Sirat əs-Sultan Cəlaləddin Mənkburnunun həyatının təsviri” əsərlərindən çıxarışların tərcüməsi təqdim olunur.

Bu mənbələrin hər birində Azərbaycanın tarixi, coğrafiyası, milli tərkibi, yeraltı və yerüstü sərvətləri, tarixi-memarlıq abidələri, adət-ənənələri, mədəniyyət və s. barədə çoxlu maraqlı və qiymətli məlumatlar var.

Qeyd etmək lazımdır ki, həmin mənbələrdən alınan çıxarışların tərcüməsi ərəbcə mətnlərlə tutuşdurulmaqla digər dillərdəki variantlar əsasında həyata keçirilib.
Bu xəbər oxucular tərəfindən 497 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed