Şrift:
Minskdə Cümə məscidinin təntənəli açılışı olub
12.11.2016 [10:50] - Gündəm, İslam dini
Minskdə Cümə məscidinin təntənəli açılışı olub. Belarus Prezidenti Aleksandr Lukaşenko və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məscidin giriş qapısında rəmzi lenti kəsiblər.

Məscidin açılış mərasimində dövlət idarəetmə orqanlarının rəhbərləri, dini və milli-mədəni ictimai birliklərin, Belarusda akkreditə olunmuş səfirliklərin, o cümlədən Azərbaycan səfirliyinin nümayəndələri, xarici qonaqlar və möminlər iştirak ediblər. Dövlət başçıları məscidin daxili tərtibatı ilə tanış olublar. Onlar Cümə məscidinin Xatirə kitabında ürək sözlərini yazıblar.
Bu xəbər oxucular tərəfindən 765 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed