Şrift:
“Gənclərin iqtisadi bilik yarışması” adlı layihə yekunlaşıb.
15.11.2016 [10:43] - Köşə yazarları, Gənclik
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin iqtisadi bilik yarışması” adlı layihə yekunlaşıb. Layihənin rəhbəri Kəmalə Qafarovanın bildirdiyinə görə layihənin məqsədi gənclər arasında iqtisadi biliklərinin artırılması, Azərbaycanda iqtisadi inkişaf göstəricilərinin gənclər tərəfində öyrənilməsidir.
Layihə Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatı dəstəyi ilə ali təhsil müəssəsinin tələbələri arasında təşkil edilib. 2 gün davam edən bilik yarışmasında 50 nəfər tələbə-gənc iştirak edib. Gənclər Azərbaycanını iqtisadiyyatı, dünya iqtisadiyyatı ilə bağlı sualları cavablandırıblar. Eyni zamanda onların iqtisadiyyatla bağlı sualları cavavblandırılıb. Layihənin sonunda bütün gənclərə layihə çərçivəsində müvafiq kitabça, buklet və sertifikatlar paylanılıb.
Bu xəbər oxucular tərəfindən 600 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed