Şrift:
Güney Azərbaycan Xəbərləri
14.03.2012 [16:34] - Güney Azərbaycan-Təbriz
Traxtur tərəfdarları: “Bu torpaqdan pay olmaz – Sulduz Kürdistan olmaz”
Güney Azərbaycan Xəbərləri





“Traxtur” tərəfdarları dünən keçirilən futbol müsabiqəsində bir daha milli şüarlarla çıxış etdilər.Təbrizin səhənd stadionunda “Traxtur”la “Sepahan” takımları arasında keçirilən yarışda, futbol tamaşaçıları həyəcanlı anlar yaşadılar. “Traxtur” tərəfdarları bu müsabiqədə də bir daha milli şüarlar səsləndirrib və ümumi həmrəylik nümayiş etdirdilər.Şüarlar arasında “Bu torpaqdan pay olmaz – Sulduz Kürdistan olmaz” və “Azərbaycan var olsun – İstəməyən kos olsun” kimi şüarlar xüsusi yer tutublar.


Traxtur-Sepahan” müsabiqəsində tutuqlananlar var
Güney Azərbaycan Xəbərləri




Dünən Təbrizin səhənd stadionunda “Traxtur”la “Sepahan” takımları arasında futbol müsabiqəsi keçirilib.Stadionda milli şüarların səsləndirildiyindən qəzəblənən təhlükəsizlik qüvvələri tamaşaçılara hücuma keçib. Nəticədə bir neçə “Traxtur” tərəfdarı təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.Məlumata görə, Qoşaçaydan (Miyandoab) gəlmış “Traxtur” tərəfdarları Rza İbrahimi Azər və Behnam Əbdinejad tutuqlananların arasında bulunurlar. Onlar, üzərində Bozqurd işarəsi görünən paltarlar geydiklərinə görə yaxalanıblar.

Təbrizdə Milli fəallar tərəfindən yeni Bildirişlər yayılıb
Güney Azərbaycan Xəbərləri




İranda yeni il (Novruz bayramı) yaxınlaşdığı bir dönəmdə Milli Hərəkat fəalları tərəfindən yeni Bildirişlər yayılıb.Təbrizdə genişmiqyasda yayılan Bildirişlərdə İran rejiminin Urmu Gölünü qurutma siyasəti, Azərbaycanın qərb bölgəsinin kürdləşdirilməsi prosesi və Azərbaycanlı siyasi məhbusların durumuna işarə olunub.Bildirişlər Təbrizin müxtəlif yerlərində yayılıb.
Güney Azərbaycan milli hərəkat fəalı Nasir Derazşəmşirin məhkəmə iclası keçiriləcək
Azərbaycanlı fəal Nasir Derzaşəmşirin ikinci məhkəmə iclası Təbrizin inqilab məhkəməsində keçiriləcək.Mart ayının 15-ində keçiriləcək məhkəmə iclasına hakim Həmlbər sədrlik edəcək.Qeyd edək ki, Nasir Derzaşəmşir (Aydın Muğanlı) 2011-ci il avqustun 6-ı (1390-cı il mordadın 15-i) Muğanın Cəfərabad qəsəbəsində yaxalanıb və hələdə keçici həbsdə saxlanılır

Salar Turi və Vəhid Həbib Çeşmə Təbrizin mərkəzi zindanına köçürülüblər
Güney Azərbaycan Xəbərləri




Azərbaycanlı milli-mədəni fəallar Salar Turi və Vəhid Həbib Çeşmə Təbrizin mərkəzi zindanına intiqal ediliblər.Onlar, 21 gün ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinin təcridxanasında saxlanıldıqdan sonra zindana köçürülüblər.Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəallar 21 fevral (2 isfənd) Dünya Ana Dili günü ETTELAAT məmurları tərəfindən yaxalanıblar. Məhkəmə hökmü təqdim etməyən məmurlar azərbaycanlı fəalları yaxalarkən onların ev və iş yerlərində axtarış aparıb və sonda kompüter, kitab və bir sıra şəxsi əşyaları özləri ilə aparıblar.

İrana hücumla bağlı daha bir tarix
Güney Azərbaycan Xəbərləri





ABŞ və İsrail bu ilin sonuna qədər İrana hücum edəcəklər. Məlumata görə, bunu “Kommersant” qəzetinə Rusiya Xarici İşlər Nazirliyinin adını çəkilməsini istəməyən yüksək vəzifəli şəxsi söyləyib.

O deyib ki, İsrail faktiki ABŞ prezidenti Barak Obamanı şantaj edir: “Barak Obam seçim qarşısında qalıb. Ya İrana hücuma dəstək verməli, ya da nüfuzlu yəhudi lobbisinin dəstəyini itirməlidir”.

“Kommersant” qəzeti yazır ki, martın 13-də Nyu-Yorkda ABŞ dövlət katibi Hillari Klinton Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb. Hillari Klinton Sergey Lavrovdan xahiş edib ki, aprel ayında İranın nüvə proqramı ilə bağlı aparılacaq danışıqların müharibədən qaçmaq üçün yeganə şans olduğunu Tehranın nəzərinə çatdırsın.
Bu xəbər oxucular tərəfindən 2303 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed