Şrift:
Rusiya və Ermənistan arasında məsləhətləşmə: “İrana hücum olarsa, Ermənistanın aqibəti necə olacaq?”
15.03.2012 [12:27] - Siyasət
Rusiya və Ermənstan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr başlayıb

Danışıqlara Ermənistan tərəfdən Edvard Nalbandyanın MDB (Müstəqil Dövlətlər Birliyi) üzrə məsləhətçiləri, Rusiya tərəfdən isə Xarici İşlər Nazirliyinin MDB ölkələrinin 4-cü departamentinin (bölümünün) rəhbəri Aleksey Pavlovski qatılıb. GünAz TV mətbuat mərkəzinin “Lider TV”-yə istinadən yaydığı məlumata görə, Müzakirələr qapalı keçirilib. Ermənistanla Rusiya arasında aparılan məsləhətləşmələrin təfərrüatlar açıqlanmır. Yalnız o bilirilir ki, tərəflər regional (bölgəsəl) problemləri müzakirə ediblər.

Bəzi mənbələrin verdiyi xəbərə görə, məsləhətləşmələrin əsas mövzusu İranla ABŞ (Amerika Birləşmiş Ştatları) arasında siyasi gərginlik və müharibə başlayacağı təqdirdə bunun Cənubi Qafqaz regionuna, xüsusən də Ermənistana təsiri məsələsi olub. Ümumiyyətlə, ekspertlərin (karşünasların) qənaətincə, ABŞ-la İran arasında müharibənin başlaması regionun ən zəif ölkəsi olan Ermənistan üçün böyük fəlakət ola bilər. İşğalçı ölkənin özündə də ABŞ-İran müharibəsi başlayacağı təqdirdə «Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunması» fobiyası hökm sürür. İrəvanın narahatlığına səbəb Birləşmiş Ştatların Ermənistanla bağlı siyasətidir. Bu gün İrəvan yalnız regionda Amerikanın geostarteji maraqlarına cavab verməyən tərəf olmaqla yanaşı, İranla sıx əlaqəsi ilə də seçilir. Son vaxtlar İranla nəzarətsiz ərazilərə malik olduğu üçün işğalçı ölkədə radioaktiv nüvə materialı (məvadd) qaçaqçılığı barədə, buradan irana radioaktiv maddələrin daşınması ilə bağlı informasiyalar da var. Bu baxımdan Ermənistan Birləşmiş Ştatlar üçün arzuolunmaz tərəf hesab olunur. Analitiklərin (təhlilçilərin) məntiqinə görə, Birləşmiş Ştatların İranda qələbə çalması Vaşinqtonun Cənub Qafqaz regionunda liderliyi ələ alması ilə nəticələnəcək. Ağ Evin Minsk qrupunun həmsədri kimi rolu artacaq. Nəzərə alsaq ki, Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı strategiyası separatçı (bölücü) rejimin və təcavüzkar Ermənistanın mövqeyindən çox uzaqdır. Bu baxımdan müharibənin başlaması Ermənistanın blokada (mühasirə) vəziyyətinə düşməsi və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll ediləcəyi bildirilir. Belə məqamda Rusiyanın öz forpostuna hansı səviyyədə yardım etməsinə gəlincə, bəzi proqnozlara görə, İranla ABŞ arasında müharibə başlayacağı təqdirdə Moskvanın İrəvanı silahla təchiz etmə siyasətinin üstündən də xətt çəkiləcək. Rusiyanın regiondakı forpostu hesab etdiyi Gümrüdə yerləşən 102-ci hərbi bazanın (payqah) əhəmiyyəti isə demək olar ki, qalmayacaq. Ekspertlər (karşünaslar) hesab edir ki, ümumiyyətlə, 102-ci baza məhdud təchizat qabiliyyətinə malikdir və texniki imkanlar baxımından irimiqyaslı hərbi müdaxilələrdə əhəmiyyəti demək olar ki, yoxdur.
Bu xəbər oxucular tərəfindən 1098 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed