Şrift:
MDHP sədrinin birinci müavini - BAYRAM ABBASOV.
15.03.2012 [13:13] - MDH, MDHP Rəhbərliyi
Abbasov Bayram Abbas oğlu 15 mart 1956-cı ildə Qərbui Azərbaycanın Zəngibasar bölgəsinin Uluxanlı kəndində anadan olub. Yüz ildən yuxarı tarixi olan, yetişdirdiyi məzunları ilə ad qazanmış Uluxanlı orta məktəbini bitirdikdən sonra, Dnepropetrovski Dəmir Yolu Mühəndisləri İnstitununda təhsilini davam etdirib. Azərdaycan Dəmir Yolları İdarəsində adi çilingərdən Dəmir Yolları İdarəsinin rəisinin müavini vəzifəsinə qədər yüksələn 23 illik bir həyat yolu keçib.
1988-ci ildən Meydan Hərakatına qoşulub. AXC-nin yaranmasında və təsis edilməsində böyük rolu olub. AXC Nəsimi rayon şöbəsini yaradanlardan və həmən rayon şöbəsinin ilk idarə heyyəti üzvlərindən biri olub. AXC-nin Məclis üzvü və qurultaylarında nümayəndə kimi fəal olub. SSRİ-nin dağılması və Azərbaycanın müstəqilliyinin qazanılmasında böyük önəm daşıyan tətillərə rəhbərlik edən və Azərbaycan Dəmir Yolu tətil hərəkatının təşkilatçılarından olan Bayram Abbasov, Əbülfəz Elçibəyin 1989-1992-ci illərdə Dəmir Yolları üzrə səlahiyyətli nümayəndəsi və Xalq Hərəkatı mühafizə komitəsinin rəhbərlərindən biri, eyni zamanda könüllü döyüş batalyonlarının yaradıcılarındandı.
Bayram Abbasov 1993-cü il 10 oktyabrdan – 1999-cu il 20 noyabra qədər siyasi məhbus kimi məhbəs həyatı yaşayıb.
Mili Dirçəliş Hərəkatı Partiyasının yaradıcılarından biri, MDHP Sədrinin birinci müavinidir. Üç övladı, beş nəvəsi var.
Bu xəbər oxucular tərəfindən 2514 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed