Şrift:
Azərbaycan şahinləri və erməni fərariliyi
11.10.2011 [16:06] - Güney Azərbaycan xəbərləri
Cəbhənin Tovuz istiqamətində şiddətli döyüş olub

Ötən həftə cəbhənin Tovuz istiqamətində şiddətli döyüşlər gedib.
Hərbi mənbələrdən verilən məlumata görə, təmas xəttinin bu istiqamətində ordumuz düşmənin hücumunu dəf edib. Xeyli sayda erməni əsgəri məhv edilib.
Azərbaycan tərəfi itki verməyib. Mənbənin məlumatına əsasən, qarşı tərəf iri çaplı silahlarla yanaşı, mövqelərimizə artilerya atəşi də açıb. Buna cavab olaraq, düşmənin atəş nöqtələri artilerya atəşi ilə məhv edilib. Havaya qırıcı təyyarələr qaldırılıb. Məlumatlı mənbənin bildirdiyinə görə bundan sonra düşmən əsgərləri öz döyüş mövqelərini tərk ediblər.
Müdafiə Nazirliyi faktla bağlı heç bir açıqlama verməyib.
Bu xəbər oxucular tərəfindən 2133 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed