Şrift:
Pakistan prezidenti Asif Əli Zərdari Azərbaycana səfər edəcək
16.03.2012 [10:41] - Xəbərlər
Aprelin sonunda Pakistan prezidenti Asif Əli Zərdarinin Azərbaycana səfəri planlaşdırılır.
Pakistan prezidenti səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüş keçirəcək, həmçinin Azərbaycan-Pakistan biznes-forumunda iştirak edəcək. Qeyd edək ki, bu, son 20 il ərzində Azərbaycan və Pakistan iş adamlarının iştirakı ilə keçirilən ilk böyük miqyaslı tədbirdir.
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov yerli mətbuata açıqlamasında bildirib ki, İslamabadla Bakı arasında etibarlı siyasi və diplomatik münasibətlər güclü iqtisadi və ticarət münasibətlərinə keçəcək. Səfir həmçinin bildirib ki, biznes-forum iki qardaş və dost ölkə arasında ticarət münasibətlərinə və qarşılıqlı sərmayə qoyuluşuna təkan verəcək. O iki ölkə arasında iqtisadi münasibətlərin genişlənməsi üçün böyük potensial olduğunu bildirib.
Daşqın Şikarov Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyənin Ermənistanı dövlət kimi tanımadığını vurğulayıb: “Azərbaycan xalqı və hökuməti Dağlıq Qarabağ münaqişəsində verdiyi dəstəyə görə Pakistana minnətdardır”.
Bu xəbər oxucular tərəfindən 718 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed