Şrift:
Görkəmli alim Bəkir Nəbiyev vəfat edib
16.03.2012 [13:54] - Mədəniyyət
Filologiya elmləri doktoru, professor, AMEA-nın (Azərbaycan Milli Elmlər Akademiyası) Nizami adına Ədəbiyyat İnstitutunun direktoru Bəkir Nəbiyev 82 yaşında dünyasını dəyişib.Akademikin vəziyyəti gecə saatlarında qəflətən pisləşib və dünyasını dəyişib.Vida mərasimi AMEA-da keçiriləcək. Hələlik vida mərasiminin dəqiq vaxtı məlum deyil.Xatırladaq ki, bir müddət əvvəl B. Nəbiyevin nəvəsi avtomabil qəzasında faciəli şəkildə dünyasını dəyişib.
B.Nəbiyev Azərbaycanın birinci ədəbiyyat tarixçisi və peşəkar tənqidçisi Firidun bəy Köçərli (1863-1920) haqqında ilk və hələlik yeganə mükəmməl monoqrafiya (bir mövzu haqqında risalə) yazıb. Akademik "Şərəfli əməyə görə" yubiley medalı, "Qızıl qələm" mükafatı laureatı, Azərbaycan SSR Dövlət mükafatı laureatı, "Xalqlar dostluğu" ordeni , "Əməkdar elm xadimi", "Şöhrət" ordeninə layiq görülüb.
ALLAH RƏHMƏT ELƏSİN
MDHP
Bu xəbər oxucular tərəfindən 1674 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed