Şrift:
SWIFT İran bankları ilə xidməti sabahdan dayandırır
16.03.2012 [16:12] - Siyasət
Beynəlxalq banklararası nəhəg ödəmə sistemi olan SWIFT İranın Avropa Birliyinin sanksiyaları ilə üzləşən maliyyə təşkilatlarına göstərilən xidməti sabahdan dayandıracaq. SWIFT-in baş direktoru Lazaro Kampos bildirib ki, İran banklarına xidmətin dayandırılması fövqəladə bir addımdır və İrana qarşı maliyyə sanksiyalaranın güclndirilməsi üçün atılan beynəlxalq və çoxtərəfli addımların birbaşa nəticəsidir. Bu sistemdən ayrılma İranın neft sənayesinə təsir göstərə və maliyyə təcridinə səbəb ola bilər. Bu addım eyni zamanda xaricdə yaşayan iranlılara təsir göstərəcək. Belə ki, onlar bundan sonra öz ölkələrinə pul köçürə bilməyəcəklər. Xaricdə işləyən İran şirkətləri də bu addımın mümkün təsiri ilə üzləşəcək.Qərb ölkələri İranın zənginləşdirdiyi uranın nüvə döyüş başlıqlarının istehsalı üçün istifadə oluna biləcəyindən ehtiyat edir. İran isə nüvə proqramının dinc məqsəd daşıdığında israrlıdır və uranı yalnız elektrik stansiyasının işini təmin etmək üçün zənginləşdirdiyini bildirir.
Bu xəbər oxucular tərəfindən 994 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed