Şrift:
“Ərtoğrol Cavidin Üzeyir Hacıbəyliyə həsr etdiyi 9 variasiya” monoqrafiyası rus dilində nəşrə hazırlanır
25.11.2016 [10:06] - Kitab evi
Ərtoğrol Cavidin Üzeyir Hacıbəyliyə həsr etdiyi 9 variasiya” monoqrafiyası rus dilində nəşrə hazırlanır.

Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev Muzeyindən bildiriblər ki, monoqrafiyanın müəllifi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Adilə Mayılova, elmi məsləhətçisi muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlıdır.

Qeyd edək ki, görkəmli şair və dramaturq Hüseyn Cavidin oğlu, istedadlı bəstəkar Ərtoğrol Cavid müəllimi, dahi sənətkar Üzeyir Hacıbəyliyə həsr etdiyi variasiyanı 1942-ci ilin əvvəllərində tamamlayıb. Əsərin əlyazması Hüseyn Cavidin Ev Muzeyinin fondunda saxlanılır.
Bu xəbər oxucular tərəfindən 524 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed