Şrift:
Zaqatalada qanunsuz dini yığıncağın qarşısı alınıb
28.11.2016 [15:18] - İslam dini
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 26-da Zaqatala Rayon Polis Şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları ilə birlikdə əməliyyatlar keçirilib.
Əməliyyatlar nəticəsində noyabrın 26-da Zaqatala rayonunun Əliabad qəsəbəsində qəsəbə sakini Həmid Şabanovun həyətində olan tikilidə həmyerlisi Mehman Ağammədovun Qazaxıstan vətəndaşı Təranə Şabanova və Gürcüstan vətəndaşı Ağası Süleymanovla birlikdə qanunla qadağan olunmuş dini təriqətlərdən birini yaymaq məqsədi ilə 23 nəfər qəsəbə sakininin iştirak etdiyi qanunsuz dini yığıncaq təşkil etmələri müəyyənləşib. Onlar saxlanılıb, izahatları alınaraq buraxılıblar.

Baxış zamanı oradan 16 ədəd dini təyinatlı ədəbiyyat aşkarlanıb, ekspertiza edilməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.

Mirmahmud KAZIMOĞLU[right][/right]
Bu xəbər oxucular tərəfindən 763 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed