Şrift:
Azərbaycanda notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata dəyişikliklər edilib
19.03.2012 [10:51] - Hüquq
Nazirlər Kabineti «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»da dəyişikliklər edib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Dəyişikliyə əsasən nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən, notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı dərhal Ədliyyə Nazirliyinin "Notariat Sənədlərinin Elektron Məlumat Bankı"na daxil etməlidir. Ədliyyə Nazirliyi isə öz növbəsində daxil olmuş məlumatı texniki vasitələrdən istifadə etməklə üç gün müddətində Daxili İşlər Nazirliyinə göndərməlidir.
Bu xəbər oxucular tərəfindən 2335 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed