Şrift:
Seyid Əli Saqayan: İran Ermənistanla münasibətlərə daha çox önəm verir
19.03.2012 [13:03] - Siyasət
“İsrail İrana havadan hücum edərsə, qarşısı çox sərt şəkildə alınacaq”. “Fars” xəbər agentliyinin məlumatına görə, bu barədə İranın Ermənistandakı səfiri Seyid Əli Saqayan jurnalistlərə açıqlamasında bildirib: “İrana qarşı müharibə olmayacaq. NATO-nun İrana hücum edəcəyi ilə bağlı gəzən şayiələri təşkilatın baş katibi Anders Foq Rasmussen yaxın günlərdə təkzib edib”. İranın Ermənistanla münasibətlərinə də aydınlıq gətirən Ə. Saqayan bildirib ki, İran qonşu ölkələrə, daha çox da Ermənistanla münasibətlərə böyük əhəmiyyət verir: “İran bölgədə sülhün bərqərar olmasının tərəfdarıdır. Bu məsələdə ən önəmli ölkələrdən biri də Ermənistandır”. Ə. Saqayan əlavə edib ki, İranın Ermənistanla əlaqələri ən yüksək səviyyədədir: “İki ölkə arasında dostluğun daha da inkişaf etdirilməsi üçün çalışırıq. Bunun bariz nümunəsi kimi İran prezidenti Mahmud Əhmədinejadın 2011-ci ildə Ermənistana səfərini, iki ölkə arasında imzalanmış əməkdaşlıq müqavilələrini misal göstərmək olar”.
Bu xəbər oxucular tərəfindən 1109 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed