Şrift:
Siyasi partiyalar haqqında - qanun layihəsinin gələn ay Milli Məclisdə müzakirəyə çıxarılacağı gözlənilir
19.03.2012 [13:44] - Xəbərlər
"Siyasi partiyalar haqqında" qanun layihəsinin aprel-may aylarında Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir. Bunu Milli Məclis Aparatının sədri Səfa Mirzəyev bazar ertəsi jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, qanun layihəsi hazırdır.
"Siyasi partiyalar haqqında" qanun 1992-ci ildə qəbul olunub. Ciddi dəyişikliklərdən sonra yenidən qəbul olunacaq qanun layihəsində partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi də nəzərdə tutulur. Qanun layihəsində partiya yaratmaq üçün minimum 5000 imzanın toplanılması təklif olunur.
Qanun layihəsi Venesiya Komissiyasında müzakirə olunub.
Bu xəbər oxucular tərəfindən 797 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed