Şrift:
BAO-da alimlər yeni təyinatlar alıblar
29.11.2016 [15:07] - Xəbərlər, Gənclik, Özəl xəbər
Bütöv Azərbaycan Ocaqlarının (BAO) 19 noyabr 2016-cı il tarixli Qurultay səlahiyyətli yığıncağından sonra BAO başqanı Zahir Əlisoyun icra strukturlarına yeni təyinatları olub. Bu təyinatlara əsasən AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Alı Balayev siyasi məsələlər üzrə, AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli Türk dünyası ilə əlaqələr üzrə, AMEA A.A.Bakıxanıv adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli ideologiya üzrə BAO başqanının müavinləri təyin ediliblər. Bu gün - noyabr ayının 28-də sədr aparatının ilk iclası da keçirilb.
İclacdan sonra BAO başqanının ideologiya üzrə müavini Dilavər Əzimli bao.az saytına müsahibəsində bu sözləri deyib:
“Bu təyinatlar BAO-nun struktur dəyişikliklərinin yeni mərhələsinə uyğun baş verir. Biz BAO olaraq üz üzərimizə düşən məsuliyyəti dərindən dərk edirik. Bütöv Azərbaycan bu millətin ən ümdə arzusudur. Bu millət tarixin müəyyən anlarında öz iradəsini ortaya qoyub, bütövləşə bilibdir. Hesab edirik ki, bu an yetişmək üzrədir. Neçə yüz ildir ki, tarixi Azərbaycan torpaqlarını paraçalayıblar. Lakin ürəklərdə parçalaya bilmədilər. Bu gün Kərkükdən tutmuş, Təbrizə, Təbrizdən tutmuş Dərbəndə, Dərbənddən tutmuş Borçalıya qədər hamı qəlbində bütövlüyü daşıyır. Biz bu bütövlüyü təmin etmək uğrunda mübarizə yolunun yolçularıyıq. Azərbaycan bütövlüyü uğrunda mlli liderimiz Əbülfəz Elçibəy demişdir: “Azərbaycanın bütövlüyü Təbrizdən keçir”. Bu bütövlüyü təmin edə bilsək, Dağlıq Qarabağ və İrəvan məsələsi də həllini tapacaqdır. Biz bu yolun bütövlüklə bitməsinə bütün varlığımızla inanırıq. Biz ona da inanırıq ki, Azərbaycanın bütün milli qüvvələri bizimlə bir yerdədədir. Bu gün Kərkükdə, Təbrizdə artıq bu haraylar səslənməkdədir. Bu yolda addımlamaqdan qürur duyuruq. Ona da inanırıq ki, sıralarımız daha da artacaqdır. Bu yol bizə Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəydən qalmışdır! Biz bu yolu bu gün qürur hissi ilə davam etdiririk. Əminik ki, yetişən Azərbaycan gəncliyi bu yolu davam etdirib, qalibiyyətlə başa vuracaqdır! Onda babalarımızın ruhu da rahatlıq tapacaqdır! Onda Azərbaycanımızın üçrəngli bayrağı tarixi ərazilərimizin hər bir güşəsində dalğalanacaqdır! Sizləri bu yolda bizlərlə birgə addımlamağa çağırırıq!”.
bao.az
Bu xəbər oxucular tərəfindən 763 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed