Şrift:
İranın rəsmi informasiya agentliyi Türkiyəni Novruz bayramını ələ keçirməkdə günahlandırıb
22.03.2012 [23:22] - Xəbərlər, Türk dünyası-Turan
İranın rəsmi İRNA informasiya agentliyi TRT telekanalında yayımlanmış bir proqramla əlaqədar Türkiyəni Novruz bayramını ələ keçirməkdə günahlandırıb.
Türkiyə mətbuatının verdiyi məlumata görə, İRNA-da yayılan xəbərdə Novruzun İrana məxsus bir bayram olduğu qeyd edilib və TRT-də bu bayramla bağlı yayımlanmış proqrama etiraz bildirilib.
İRNA-nın xəbərində Novruz “köklərinin İrana aid olduğu kimsədə şübhə yaratmayan bir bayram” kimi təqdim edilib. Həmçinin, bu bayramın Türkiyənin dövlət televiziyasında “Türk dünyasının böyük bayramı” kimi təqdim olunması tənqid olunub.
Xəbərdə Azərbaycanın Ankaradakı səfirliyində Novruz bayramı münasibətilə tədbir keçirildiyi də qeyd olunub.
Bu xəbər oxucular tərəfindən 935 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed