Şrift:
Sağlamlığa ən faydalı idman növlərinin adı AÇIQLANDI
03.12.2016 [11:47] - Gündəm, Sağlıq
İdmanla məşğul olmağın sağlamlığa xeyr verməsi sirr deyil. Xarici KİV-ler xəbər verir ki, alimlər ən faydalı idman növünün adını açıqlayıb.

Beləliklə, üzgüçülər, tennisçilər və aerobika ilə məşğul olan insanlar ürək xəstəlikləri, insult və digər xəstəliklərdən daha az ölür.
Bu qənaətə gəlmək üçün alimlər orta yaşı 52 olan 80306 nəfəri 9 il ərzində müşahidə ediblər. Ümumilikdə, idman məşğuliyyətləri ölüm riskini 28% azaltsa da, bəzi idman növləri xüsusən fərqlənib.

Məsələn, tennis və skvoş idman şəxslərin ölüm riski heç bir idmanla məşğul olmayanlardan 47% az idi. Üzgüçülər 28%, aerobika ustaları isə 27% daha az ölürdü. Velosipedlə gəzinti ölüm riskini 15%, qaçış isə 13% azaldıb.
Bu xəbər oxucular tərəfindən 744 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed