Şrift:
Türk dünyasının daş abidələrinin birinin möhtəşəm görüntüləri haqqında poetik düşuncələr
05.12.2016 [10:23] - Gündəm, Türk dünyası-Turan, DAVAMın yazıları
Bu dünyanın ərk dünyası--TÜRK dünyası

Daşlardakı naxışa bax,
daşa hopmuş baxışa bax...

Daşlardakı naxışa bax,
naxışlarda baxışa bax,
Daş da olsa bu tarixi
gərək bizlər
varaqlayaq varaq-varaq.
Hara baxır təkəbbürlü
akademik dostlarımız...
Gendə qalan bu tarixlər
gendə alıb.
Oğul-uşaq bu tarixdən
xəbərsizdir.
Çəkinməyin,
indi belə tarixlərin
tədqiqatı
izahatı
qorxusuzdur,xətərsizdir.
Siz ey alim dostlaımız,
dərinləşir
gedə-gedə
elmdəki çatlarımız.
Daş yazılar
daşlaşdıqca,
həm daşlaşır tariximiz
Sabah bizə nə deyəcək
babaları alim olan
milyonlarla varisimiz?
Həm daşlaşır
yaddaşımız,
həm daşlaşır
dünya boyu
dunyalara yol göstərən
dərrakəmiz və başımız.

Bir sehirli çubuq tapıb
canlandıraq bu daşları,
canlandıraq pas bağlamış ,
mamır basmış
o daşları ,bu daşları.
Canlandıraq daşa dönmüş,
xeyrə,şərə yaramayan
yaddaşları.

Dünya görsün türk dünyası--
bu dünyanın
ƏRK dünyası,
güvənc yeri.

Dünya görsün nəyə qadir,
nəyə sahib
TÜRK dünyası.


Nazim Nəsrəddinov.

04.12.2016.
Bu xəbər oxucular tərəfindən 648 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed