Şrift:
Fərəc Quliyev Nəsrəddin Borçalının vəfatı ilə bağlı başsağlığı verdi
05.12.2016 [12:35] - Xəbərlər, MDH, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının Borçalı Departamenti Məclisinin üzvü, yazıçı-şair Nəsrəddin Borçalı vəfat edib.

Bununla bağlı millət vəkili Fərəc Quliyev şəxsi və sədrlik etdiyi Milli Dirçəliş Hərəkatı Partiyası adından başsağlığı verib. Başsağlığında deyilir:
"Nəsrəddin Borcalı daim ictimai-siyasi fəaliyyəti və öz yaradıçılığı ilə milli maraqlara xidmət etmiş bir insan olub. O, eyni zamanda bir el ağsaqqalı idi. Bacardığı qədər Barçalı əhalisinin problemlərinin həllinə çalışır və əlindən gələni edirdi. Bu istiqamətdə fəaliyyət göstərən MDHP Borçalı Departamentində də Nəsrəddin Borçalının ciddi və aktiv fəaliyyəti var idi. Bu səbəbdən onun dunyasını dəyişməsi hamımızın itgisi və acısıdır.
Allah bu dəyərli insana rəhmət etsin, yeri Cənnət, ruhu şad olsun.
Şəxsim və sədrlik etdiyim MDHP üzvləri adından mərhumun bütün doğmalarına və yaxınlarına səbr diləyir və dərin hüzünlə başsağlığı verirəm."
Bu xəbər oxucular tərəfindən 454 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed