Şrift:
Türkiyənin Bitlis vilayətində 2 gün ərzində 15 PKK terrorçusu məhv edilib
24.03.2012 [16:51] - Xəbərlər
Türkiyənin cənub-şərqindəki Bitlis vilayətində təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 gün ərzində 15 PKK terrorçusu məhv edilib.
“Doğan” xəbər agentliyinin verdiyi məlumata görə, martın 23-də axşam Bitlisin Hizan rayonu ərazisində təhlükəsizlik qüvvələri ilə terrorçular arasında baş verən toqquşmada 8 terrorçu ölüb. Martın 24-də səhər ərazidə əməliyyat-axtarış tədbirlərini davam edən hərbçilər və xüsusi təyinatlı polis dəstələri yenidən terrorçularla qarşılaşıblar. Baş verən döyüşdə daha 7 terrorçu məhv edilib. Öldürülən terrorçuların əksəriyyəti qadındır.
Qeyd edək ki, Şırnak vilayətindəki Cudi dağında son 3 gündə aparılan əməliyyat nəticəsində 10 terrorçu məhv edilib.
Bu xəbər oxucular tərəfindən 941 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed