Şrift:
“Sarılar - Qarabağ atının izi ilə” filmi nümayiş olunacaq
06.12.2016 [10:24] - Gündəm, Afişa
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “Milli Filmlər” silsiləsinin nümayişinə başlayıb.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, dekabrın 7-də saat 11:00-da Bilik Fondunda “Sarılar – Qarabağ atının izi ilə” sənədli filmi göstəriləcək. Bu sənədli film Mədəniyyət və Turizm Nazirliyi və BP Azərbaycanın sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası və Almaniyanın “Studio Tor 1” Filmproduktion tərəfindən istehsal edilib.
Qeyd olunub ki, çəkilişləri İngiltərə, Almaniya, İsveçrə və Azərbaycanda aparılan filmin ssenari müəllifi Martin Vagner, rejissoru Villi Neumann, operatorları Andre Böhm, Birgit Handke, Bəhruz Əliyev, icraçı prodüseri Nadir Əliyevdir.
Bu xəbər oxucular tərəfindən 793 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed