Şrift:
TURK OCAQLARI 100 IL / VİDEO
24.03.2012 [17:19] - Güney Azərbaycan xəbərləri, davam TV


Qafqaz Universitetində "Türk Ocaqları"nın 100 illiyi münasibətilə düzənlənən "Türk Dünyasnın dünəni, bu günü, Azərbaycan və Türkiyənin istiqlalı, ərazi bütövlüyü uğrunda şəhid olmuş insanların ruhunu yad etmək və hər iki ölkə dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirin açılışında, ilk öncə Universitetin rektoru prof. Əhməd Saniç çıxış edərək, Azərbaycan-Türkiyə ortaq elm-təhsil ocağı olaraq təsis edilmiş Qafqaz Universitetinin uğurları haqqında məlumat verib. O, öz çıxışında qardaş ölkələr arasında elm-təhsil əlaqələrinin, gənclik mübadiləsinin perspektivləri barədə fikirlərini bölüşüb. "Türk Ocaqları" İstanbul şöbəsi, Azərbaycanda Atatürk Mərkəzi, "Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi, Qafqaz Universiteti, Azərbaycan-Türkiyə İşadamları Birliyi (ATİB), Türkiyənin Azərbaycandakı səfirliyi və TİKA-nın təşkilatçılığı ilə keçirilən konfransın təşəbbüskarlarından və təşkilatçılarından olan millət vəkili Qənirə Paşayeva 13 martda Azərbaycanda Atatürk Mərkəzində başlanan "Türk Ocaqları"nın 100 illiyi şərəfinə düzənlənən tədbirlərin, bu gün nüfuzlu bir təhsil ocağı olan Qafqaz Universitetində keçirildiyini ifadə edərək, konfransda verilən mesajların daha çox gənclərə, gələcəyə ünvanlandığını və konfrans iştirakçılarının böyük bir hissəsinin tələbələr, gənc müəllimlər olmasının çox anlamlı olduğunu bildirmişdir. Əli Bəy Hüseyinzadənin, Əhməd Bəy Ağaoğlunun, "Türk Ocaqları"nın qurulmasında böyük xidmətləri olmuş digər böyük türk aydınlarının ruhunun şad olduğuna inandığını bildirən Qənirə Paşayeva ulu öndər Heydər Əliyevin "Biz bir millət iki dövlətik" və Prezidenti İlham Əliyevin "Bir millətin iki diasporası ola bilməz" sözlərini xatırladaraq, "Türk Ocaqları"nın yubileyinin ilk olaraq Azərbaycandan başlayaraq yüksək səviyyədə qeyd edilməsinin mətbuatda, ictimai fikirdə geniş əks-səda verməsindən çox məmnun olduğunu bildirmişdir. O, hər iki ölkənin, ümumən Türk Dünyası QHT-lərinin bir-biri ilə sıx işbirliyi qurmasını təmənna etdiyini, mötəbər şəxslərin iştirak və çıxışı ilə baş tutan yubiley mərasiminin həmin işbirliyinə böyük təsiri olacağına inandığını bildirmişdir. Sonra Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıc, Azərbaycanda Atatürk Mərkəzi-nin müdiri, millət vəkili prof.dr. Nizami Cəfərov, Türkiyə-Azərbaycan Parlametlərarası Dostluq Qrupunun başqanı prof.dr. Necdət Ünüvar, "Türk Ocaqları" İstanbul şöbəsinin başqanı dr.Cezmi Bayram, Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı, ATİB başqanı Camal Yanğın, millət vəkilləri İlyas İsmayılov, Fərəc Ulusoy, prof. Musa Qasımlı çıxış edərək "Türk Ocaqları"nın 100 illik yubileyinin əslində bir ideyanın 100 illik yubileyi olduğu, o ideyanın hələ istifadə olunmamış böyük potensialının mövcudluğu, Azərbaycan-Türkiyə qardaşlığının dünəni, bugünü və sabahı barədə, "Türk Ocaqları"nın qarşılıqlı münasibətlər sistemində yeri və rolu barədə öz fikirlərini bölüşüblər. Sonra Əli Bəy Hüseynzadə, Əhməd Bəy Ağaoğlu, Ziya Göyalp, İsmayıl Bəy Qaspiralı, Hüseyn Cavid, Zəki Vəlidi Toğan, Yusuf Akçura başlıqlı 7 oturumla öz işinə davam edən konfransda şair Elxan Zal Qaraxanlı, professor Şamil Körpülü (Vəliyev), türkoloq dr. Azər Turan, habelə Türkiyədən gəlmiş alimlər -- dos.dr. Üfiq Özcan, dos.dr. Nəsrin Sarıəhmədoğlu, dr.İsmail Türkoğlu və başqaları məruzələrlə çıxış etmişlər. Konfrans mərasiminin axırında Qafqaz Universiteti rəhbərliyinin "Türk Dünyasnın dünəni, bügünü, sabahı" adlı konfrans münasibəti ilə təsis etdiyi ödüllər sahiblərinə təqdim edilib. Ödülə Türkiyə Cümhuriyyətinin səfiri Hülusi Kılıç, prof.dr. Nizami Cəfərov, dr. Qənirə Paşayeva, prof.dr. Necdət Ünüvar, dr. Cezmi Bayram layiq görülmüşlər.
Bu xəbər oxucular tərəfindən 1449 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed