Şrift:
İtaliya prezidenti baş nazir Matteo Rentsinin istefasını qəbul edib
08.12.2016 [10:19] - Gündəm, Siyasət
İtaliya prezidenti Serco Mattarella ölkənin baş naziri Matteo Rentsinin istefasını qəbul edib.
Bu barədə "RaiNews" məlumat yayıb.
Bundan əvvəl Matteo Rentsi ölkədə konstitusiya islahatlarına dair keçirilən referendumun nəticələri üzrə məğlubiyyətdən sonra istefa vermək niyyətində olduğunu açıqlamışdı. Lakin İtaliya prezidenti 2017-ci ilin dövlət büdcəsini müəyyən edən qanunun qəbulunadək ondan niyyətini təxirə salmağı xahiş etmişdi.
Bu xəbər oxucular tərəfindən 420 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed