Şrift:
Urmiyə universitetinin öyrənciləri prezident müavinini “Ana dilim hanı?!” plakatı ilə qarşıladılar
08.12.2016 [10:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məlumata görə, xanım Şəhindoxt Molavərdi “öyrənci günü” münasibəti ilə Urmiyə universiteti öyrəncilərinin qarşısında çıxış edib.

Mərasimdə ən çox diqqət çəkən məqam öyrəncilərin üzərində “Hanı mənim ana dilim?!” kimi milli şüarlar yazılmış plakatların qaldırılması olub. Bununla türk öyrənciləri ana dildə təhsil tələblərinin ciddi olduğunu bir daha ölkə prezidenti Həsən Ruhaniyə çatdırmaq istəyiblər.

Dekabrın 5-də keçirilən mərasim Urmiyə Elektrik İdarəsinin salonunda yerli vaxtla saat 15:30-da başlayaraq 2 saat davam edib.
Bu xəbər oxucular tərəfindən 618 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed