Şrift:
Bakı-Sumqayıt yolunda zəncirvari qəza tıxac yaratdı
08.12.2016 [10:57] - Hadisə
Bakı-Sumqayıt yolunda zəncirvari yol qəzası baş verib.
Hadisə bu gün səhər saatlarında yolun 20-ci kilometrliyində baş verib. Sumqayıtdan Bak istiqamətində hərəkət edən "Mercedes" markalı avtomobil yolun "Saray postu" adlanan hissəsində həmin istiqamət üzrə hərəkət edən "Nissan X-Trail" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində "VAZ 2107" markalı avtomobil də idarəetməni itirərək həmin maşınlara dəyib. Bu səbəbdən yolda tıxac yaranıb.
Hadisəyə səbəb Bakı-Sumqayıt yolunun həmin hissəsinin buz bağlaması olub. Beton yolun buz bağlaması avtomobillərin hərəkətinə mane olub.
Bu xəbər oxucular tərəfindən 440 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed