Şrift:
YENİ DƏRS İLİ BAŞLADI
15.09.2011 [10:51] - Gündəm
2010-2011-ci dərs ilində I sinif şagirdlərinin sayı 120420, 2009-2010-cu tədris ilində isə 118947 nəfər təşkil edib.

Yeni dərs ilində 47 yeni orta məktəb şagirdlərin istifadəsinə verilib. Bunlarla yanaşı, ayrı-ayrı bölgələrdəki məktəblərə 2 milyon manat dəyərində 12957 parta, 1080 yazı lövhəsi, 2095 müəllim stolu, 3750 müəllim stulu verilib. Yeni məktəblərinin tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, infrastrukturunun yeniləşdirilməsi nəticəsində, ümumilikdə ölkə üzrə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Son 10 ildə məktəb tikintisi sahəsində həyata keçirilən proqramlar sayəsində ikinövbəli məktəblərin faizi 73-dən 44-ə, ikinci növbədə təhsil alan şagirdlərin faizi isə 34,5-dən 21-ə enib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı isə APA-ya bildirib ki, bu il paytaxtın 326 məktəbində 320 minə yaxın şagird təhsil alacaq, Onlardan 33 min 464 şagird I sinif şagirdidir. Ötən tədris ilində bu rəqəm 32812 nəfər təşkil edib. Z. Əliqızı deyib ki, son illər Bakı məktəblərinin maddi texniki bazasının möhkəmləndirilməsi ilə bağlı çoxlu işlər görülüb: “Bu gün 4 yeni məktəb istifadəyə verilir. 57 müəssisədə isə əsaslı təmir-bərpa işləri aparılıb, yeni sinif otaqları və korpuslar tikilib. Amma hələ də Bakı şəhərində 18 məktəb qəzalı vəziyyətdədir: “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən, 2013-cü ilin sonuna qədər Bakıdakı bütün məktəblər müasir standartlara uyğunlaşdırılacaq”.
Bu xəbər oxucular tərəfindən 660 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed