Şrift:
Türkiyə prezidenti həftəsonu Qazaxıstana rəsmi səfərə gedəcək
10.12.2016 [11:35] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevin dəvəti ilə dekadrın 11-12-də bu ölkəyə rəsmi səfərə gedəcək.
Bu barədə Qazaxıstan KİV-ləri xəbər verir.
Bildirilir ki, ikigünlük rəsmi səfər çərçivəsində prezidentlərin təkbətək və sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü nəzərdə tutulub.
Tərəflər ikitərəfli münasibətlərin inkişafına dair məsələləri müzakirə edəcək, həmçinin beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Bundan başqa, Türkiyə-Qazaxıstan Strateji Əməkdaşlıq Şurasının 3-cü iclasına hazırlığa dair məsələlərin müzakirəsi nəzərdə tutulub.
Xatırladaq ki, Türkiyə 1991-ci il dekabrın 16-da Qazaxıstanın dövlət müstəqilliyini tanıyan ilk ölkədir. İki dövlət arasında diplomatik münasibətlər 1992-ci ilin martından mövcuddur.
Bu xəbər oxucular tərəfindən 573 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed