Şrift:
“Traxtur”, “İstiqlal”ı əzərək birinci pilləyə qayıtdı.
10.12.2016 [12:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol komandası ən prinsipial görüşdə Tehran komandası “İstiqlal”ı öz şəhərində məğlub etdi.

İran üzrə futbol klublarının super liqa yarışlarının 13-cü həftəsində keçirilən görüş, yerli vaxtla saat 16:20-də Tehranın Azadi stadionunda başlayıb. Görüş 2:1 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşıb.

“Traxtur” tərəfindən Fərzad Hatəmi 55 və 68-ci dəqiqələrdə, “İstiqlal” tərəfindən isə Kavə Rzayi 7-ci dəqiqədə qol vurublar.

Bu qələbədən sonra “Traxtur” 27 xalla (imtiyaz) turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib. “İstiqlal” isə 18 xalla 7-ci pillədə qərarlaşıb.

Görüş zamanı “İstiqlal” tərəfdarlarının əksəriyyəti ədəbsiz hərəkətlərə yol veriblər. Onlar Azərbaycan komandası və onun tərəfdarlarına qarşı təhqiramiz şüarlar səsləndirərək oyun getdiyi zaman “Traxtur” oyunçularına portağal və bəzi əşyalar atıblar. Portağallardan biri Məhəmməd İbrahiminin baş nahiyyəsinə dəyib və oyunun bir neçə dəqiqə dayanmasına səbəb olub.

Görüş zamanı “Traxtur” tərəfdarları əllərində 1946-cı ildə baş vermiş “21 Azər” hadisələri ilə bağlı şəkillər qaldırarq bu tarixi Hərəkatın xatirəsini növbəti ildönümü ərəfəsində canlandırıblar.
Bu xəbər oxucular tərəfindən 608 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed