Şrift:
Fərəc Quliyev Türkiyə səfirinə başsağlığı məktubu ünvanlayıb
12.12.2016 [16:55] - Xəbərlər, MDH, Bildiriş
10 dekabr 2016-cı il tarixində Türkiyənin İstanbul şəhərində törədilmiş qanlı terror hadisəsi ilə bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Türkiyə səfirinə başsağlığı məktubu ünvanlayıb. Məktubda deyilir:

“Türkiyə Cümhuriyyətinin artan gücü bu dövləti və bütövlükdə Türk millətini sevməyən güclərin və onların dəstəklədiyi ünsürlərin ciddi narahatlığına səbəb olur. Türkiyənin inkişafının qarşısını ala bilməyən belə qüvvələrin acizanə şəkildə əl atdıqları insanlıqdan kənar yollardan biri də terrordur.
Biz qardaş Türkiyədə bir-birinin ardınca törədilən terrorların Türkiyə xalqına, Türkiyə dövlətinə və Türk millətinə təzyiq etmək məqsədi güddüyünü yaxşı bilirik. 10 dekabr 2016-cı il tarixində İstanbul şəhərində törədilmiş qanlı terror hadisəsi də bu məqsədin tərkib hissəsidir.
Bu səbəbdən də, çoxsaylı insanın təlafatı və yaralanması ilə nəticələnən bu hadisə bizi dərindən hiddətləndirsə də terroru dəsdəkləyənlərin və terrorçuların məqsədlərinə çatmaması üçün biz mübariz və mətin olmağı bacarmalıyıq.
Bir millət olaraq Türkiyənin acısı bizim acımızdır. Şəxsim və sədrlik etdiyim Milli Dirçəliş Hərəkatı Partiyası adından terror qurbanlarının doğmalarına, qardaş Türkiyəyə və Türk millətinə dərin hüznlə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyirik.”
Bu xəbər oxucular tərəfindən 471 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed