Şrift:
Azərbaycanda ilk dəfə qohum olmayan şəxslər arasında sümük iliyi transplantasiyası aparılacaq
14.12.2016 [12:43] - Sağlıq
“Növbəti ildən Azərbaycanda qohum olmayan şəxslər arasında da sümük iliyi transplantasiyası həyata keçiriliəcək”.
Bunu Respublika Talassemiya Mərkəzinin Sümük İliyi Transplantasiya şöbəsinin müdiri Nərgiz Əliyeva deyib.
O bildirib ki, mərkəz Avropa Sümük İliyi Bankına üzv olub: “Biz artıq Avropa Sümük İliyi Bankının üzvüyük. İndiyədək sümük iliyi transplantasiyası yalnız bacı və qardaşdan olub. Bu yaxınlarda bir xəstəyə atasından sümük iliyi uğurla köçürülüb. Avropa Sümük İliyi Bankına üzv olmağımız bizə imkan verəcək ki, yaxın vaxtlarda qohum olmayan şəxslər arasında sümük iliyi transplantasiyası əməliyyatı həyata keçirək”.
N.Əliyeva vurğulayıb ki, donorlar arasında ilk dəfə 6 aylıq körpə də olub.
Bu xəbər oxucular tərəfindən 622 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed