Şrift:
Beynəlxalq Diaspor Mərkəzinin (BDM) hesabat seçki konfransı keçirilib.
14.12.2016 [15:45] - Gündəm, Diaspor
Konfransa sədrlik edən Samir Adıgözəlli açılış çıxışı etdikdən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib. “Empire” oteldə baş tutan konfransda ilk öncə BDM sədri, idarə heyəti və nəzarət təftiş komissiyasının hesabatları dinlənilib və qənaətbəxş olaraq qəbul edilib. Daha sonra mərkəzin yeni idarə heyətinə seçkilər keçirilib və aşağıdakı tərkibdə BDM idarə heyəti formalaşdırılıb:
1. İsmayıl Ağayev
2. Rauf Zeyni
3. Vəli Əliyev
4. Samir Adıgözəlli
5. İradə Rizazadə
6. Azər Kərimov
7. Əziz Ələkbərli
8. Natiq Bədəlov
9. İbrahim Axundov
10. Ceyhun Ağayev
11. Tahir Həşimov
Beş nəfərdən ibarət isə nəzarət təftiş komissiyası formalaşdırılıb. Konfransda BDM sədrliyinə keçirilən seçkidə İsmayıl Ağayev yenidən sədr, sədrin birinci müavini vəzifəsinə isə Samir Adıgözəlli seçilib. Sədrin müavinləri vəzifəsinə akademik Vəli Əliyev və fəlsəfə doktoru Əziz Ələkbərli seçilib. Eyni zamanda konfransda BDM-in məşvərət məclisi formalaşdırılıb və şair Ənvər Əhməd məclis sədri seçilib. BDM-in ölkə nümayəndəliklərinin təsdiqi məsələsinə isə yeni idarə heyətinin ilk toplantısında baxılacaq. Həmçinin konfransda Azərbaycan diaspor hərəkatının son vəziyyəti ilə bağlı məsələlər və BDM-in 2017-ci il ərzində və perspektivdə həyata keçirəcəyi tədbirlərlə bağlı məsələlər müzakirə edilib. Konfransda Türkiyədən olan qonaqlar psixoloq doktor Məltəm Özkandan, iş adamı Alptekin Aydoğan və BDM fəalları iştirak edib.

BDM mətbuat xidməti
Bu xəbər oxucular tərəfindən 843 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed