Şrift:
YENİ TƏDQİQAT İŞLƏRİ İLƏ ZƏNGİN “MƏRUZƏLƏR” JURNALI MƏRKƏZİ ELMİ KİTABXANADA
16.12.2016 [11:29] - Köşə yazarları, Mədəniyyət, Kitab evi
AMEA-nın “Məruzələr” jurnalının 2016-cı il tarixli ilk sayı AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) təqdim edilib.

Jurnalın baş redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadədir.

Jurnalda AMEA-nın həqiqi üzvlərinin (akademik), müxbir və xarici üzvlərinin əvvəllər heç yerdə çap olunmayan orijinal elmi tədqiqatlarının nəticələri çap edilib. Həmin məqalələri yalnız ingilis dilində müvafiq ixtisaslar üzrə AMEA-nın həqiqi üzvləri təqdim edir və onların elmi məziyyətləri üçün cavabdehlik daşıyırlar. Jurnalın bu dəfəki sayına Fizika-riyaziyyat və texnika elmləri üzrə 5, Kimya elmləri üzrə 5, Yer elmləri üzrə 2, Biologiya və tibb elmləri üzrə 2, Humanitar və ictimai elmlər üzrə isə 3 elmi tədqiqat işi daxil edilib.

“Məruzələr”də yeni faktik məlumatlarla zəngin, konkret nəticəsi və təklif olunan üsulu prinsipial şəkildə yeni olan “Küyün diferensial normal paylanma funksiyasının hesablanmasının ədədi alqoritmləri” (fizika-riyaziyyat və texnika elmləri), “Müalicəvi Naftalan neftinin quruluş xüsusiyyətləri” (kimya), “Materiyanın azad halının səciyyələri haqqında” (yer elmləri), “Multikultralizm etikası – tərəqqi konsepsiyası” adlı məqalələr xüsusilə maraq doğurur.


AMEA Mərkəzi Elmi Kitabxana
Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsi
Bu xəbər oxucular tərəfindən 554 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed