Şrift:
Azərbaycanlı professor Giresun Universitetinin rektoru təyin edilib
29.03.2012 [13:57] - Gündəm
Türkiyə prezidenti Abdulla Gül professor Aygün Attarı Giresun Universitetinin rektoru təyin edib.Məlumata görə, soydaşımız Aygun Attar təyinatdan əvvəl həmin ali məktəbin prorektoru və fənn ədəbiyyat fakültəsinin dekanı olub, bir müddət rektor vəzifəsini icra edib. Xatırladaq ki, Bakı Dövlət Universitetini bitirmiş soydaşımız 20 ildir Türkiyədə yaşayır. Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərən professor Aygün Attar ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlara həsr olunmuş bir çox məqalənin müəllifidir.
Bu xəbər oxucular tərəfindən 1088 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed