Şrift:
“Məmməd Əmin Rəsulzadə. Şəxsiyyət və fəaliyyətlər” kitabı Milli Rəqəmsal Yaddaş bazasında
27.12.2016 [12:00] - Köşə yazarları, Kitab evi
“Məmməd Əmin Rəsulzadə. Şəxsiyyət və fəaliyyətlər” kitabı Mərkəzi Elmi Kitabxananın fonduna daxil edildi. Kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” 22 noyabr 2013-cü il tarixli sərəncamına uyğun olaraq çap edilib.

Kitaba filologiya elmləri doktoru, professor Həsən Quliyevin M.Ə.Rəsulzadənin həyat və fəaliyyətinə həsr olunmuş müxtəlif ədəbi janrlarda (pyes, kinopovest və s.) əsərləri daxil edilib.

Azərbaycanın milli, mədəni, elmi irsinin mərkəzləşdirilmiş və sistemləşdirilmiş şəkildə qorunub saxlanılması, Azərbaycan və dünya araşdırıcılarının istifadəsinə verilməsi, eləcə də gələcək nəsillərə ötürülməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu əsər AMEA Mərkəzi Elmi Kitabxanasının “Milli Rəqəmsal Yaddaş” (MRY) bazasına daxil edilib. Qeyd edək ki, MRY-nin məqsədi Azərbaycanın qədim mədəniyyətinin, tarixinin bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda mövcud olan bütün məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq, elektron kataloqa salmaq, arxivləşdirmək, yerli və dünya oxucusunun, tədqiqatçılarının istifadəsinə verməkdir. Bu baza Azərbaycana aid informasiyanı idarə oluna və əlaqələndirilə bilən strateji resursa çevirmək, informasiya müharibəsində üstünlük qazandıracaq təsirli silah formalaşdırmaq məqsədilə reallaşdırılır.
Bu xəbər oxucular tərəfindən 395 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed