Şrift:
XIII-XVI əsrlərdə Azərbaycan Miniatür Rəssamlığına dair tədqiqat əsəri Milli Rəqəmsal Yaddaş bazasında
27.12.2016 [12:04] - Köşə yazarları, Kitab evi
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Cəmilə Həzənzadə və Ağasəlim Əfəndiyevin “Şöhrətin dörd əsri: XIII-XVI əsrlərdə Azərbaycan Miniatür Rəssamlığı” kitabı AMEA Mərkəzi Elmi Kitabxanasına təqdim edildi.

Baş redaktoru akademik Çingiz Qacar olan bu kitabda dünya miniatür rəssamlığında xüsusi yeri Azərbaycan Miniatür Rəssamlığının inkişafının qısa tarixi əks etdirilir. Burada orta əsr Azərbaycan Miniatür Rəssamlığının təkamülü və digər məktəblərə təsirini özündə əks etdirən inkişaf mərhələləri öz əksini tapıb.

Müəlliflər əsərdə həm qərbin, həm də Azərbaycanın aparıcı Miniatür Rəssamlıq məktəblərinə aid etibarlı faktlara əsaslanıblar. Bu, Azərbaycan Miniatür Rəssamlığının XIII əsrdə ilk inkişaf mərhələsindən başlamış XVI əsr Səfəvi dövründə çiçəklənmə mərhələsinədək olan klassik inkişaf dövrünə aid ilk tədqiqat işidir.

Azərbaycanın milli, mədəni, elmi irsinin mərkəzləşdirilmiş və sistemləşdirilmiş şəkildə qorunub saxlanılması, Azərbaycan və dünya araşdırıcılarının istifadəsinə verilməsi, eləcə də gələcək nəsillərə ötürülməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu əsər AMEA Mərkəzi Elmi Kitabxanasının “Milli Rəqəmsal Yaddaş” (MRY) bazasına daxil edilib. Qeyd edək ki, MRY-nin məqsədi Azərbaycanın qədim mədəniyyətinin, tarixinin bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda mövcud olan bütün məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq, elektron kataloqa salmaq, arxivləşdirmək, yerli və dünya oxucusunun, tədqiqatçılarının istifadəsinə verməkdir. Bu baza Azərbaycana aid informasiyanı idarə oluna və əlaqələndirilə bilən strateji resursa çevirmək, informasiya müharibəsində üstünlük qazandıracaq təsirli silah formalaşdırmaq məqsədilə reallaşdırılır.



AMEA Mərkəzi Elmi Kitabxana
İctimaiyyətlə əlaqələr bölməsi
Bu xəbər oxucular tərəfindən 360 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed