Şrift:
Güney Azərbayacan Xəbərləri
30.03.2012 [19:02] - Güney Azərbaycan-Təbriz
Urmu şəhərində internet sürəti düşüb
Güney Azərbayacan Xəbərləri






Güney Azərbaycanlılar növbəti dəfə kütləvi yığıncağa hazırlaşırlar. İran rejimi isə önləyici tədbirlər almaqda davam edir. Son məlumata görə, Urmu şəhərində 2 gündür internetin sürəti düşüb. Həmçinin bir çox protokolda o cümlədən “HTTPS”də problemlər yaranıb.Şərhçilərin fikrinə görə, internetin sürətinin düşməsi rejimin keçiriləcək Kütləvi Yığıncağa qarşı həyata keçirdiyi önləyici tədbirlərdən biri kimi qiymətləndirilməlidir.Qeyd edək ki, soydaşlarımız Təbiət günü (2012-ci il aprelin 1-i , 1391-ci il fərvərdinin 13-ü) Urmu Gölünün qurudulması siyasətinə qarşı növbəti dəfə kütləvi etiraza hazırlaşırlar.
Zaman: 2012-ci il aprelin 1-i (1391-ci il fərvərdinin 13-ü)
Yer: 1) Şah Gölü 2) Azərbaycan meydanı 3) Eynalı dağı


Amerika məhkəməsi terror aktına görə Tehrandan 44,6 milyon dollar tələb edir
Güney Azərbayacan Xəbərləri






ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Federal Məhkəməsi İranı 44,6 milyon dollar məbləğində cərimələyib.Bu məbləğ 1983-ci ildə Livan (Lübnan) paytaxtı Beyrutda amerikalı dəniz piyadalara qarşı keçirilən terror aksiyasında zərərçəkənərə ödəniləcək. Bu barədə Teleqraf.az «Assoşieyted Pres»-ə istinadən xəbər yayıb.Məhkəmənin hakimi Royas Lambertin fikrincə,Tehran hakimiyyətinin gerçəkləşdirdiyi bu terakt nəticəsində 241 amerikalı hərbçi həlak olub.Hakim Tehran hakimiyyətindən nəzərdə tutulan məbləği alacaqlarına inandığını söyləyib. İran tərəfi hələlik məhkəmənin qərarına münasibət bildirməyib.

Mahmud Əhmədinejad və Rəcəb Tayyib Ərdoğan görüşdülər
Güney Azərbayacan Xəbərləri






İran prezidenti Mahmud Əhmədinejad və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilibİranda səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu ölkə prezidenti Mahmud Əhmədinejadla görüşüb.
Türkiyə xəbər agentliklərinə istinadən verilən məlumata görə, görüşdə xarici işlər nazirləri Əhməd Davudoğlu və Əli Əkbər Salehi də iştirak edib. Görüşdən sonra mətbuata açıqlama verilməyib. Qeyd edək ki, M. Əhmədinejad R. T. Ərdoğanı əslində martın 28-də qəbul etməliydi. Lakin o, səhhətində problem olduğunu əsas gətirərək bu görüşme bugünə ərtələnmişdi.Bu görüşdən sonra Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Tehranı məşəd şəhərinə ziyarət üçün tərk edibdir .



Baş nazir Ərdoğan İranda Amerika ilə bağlı suala cavab verməkdən imtina edib
Güney Azərbayacan Xəbərləri






İranda səfərdə olann Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İranın prezident müavini Məhəmməd Rza Rahimi ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edib ki, dinc məqsədlər üçün nüvə texnologiyalarına malik olmaq hər bir dövlətin haqqıdır və buna heç kim mane ola bilməz. İRNA Agentliyinin yaydığı məlumata görə, keçirilən mətbuat konfransında baş nazir Türkiyənin İstanbulda nüvə problemi ilə bağlı “beş üstəgəl bir” formatı üzrə danşıqların keçirilməsini təklif etdiyini deyib. İran bu görüşə razılığını verib. “Biz hazırda Avropa ölkələrini bununla bağlı mövqeyini gözləyirik”.Ərdoğanın mətbuat konfransında maraqlı məqam da diqqətdən qaçmayıb. Jurnalistlərin “Qərb ölkələrindən İran rəhbərliyinə hər hansı mesaj və təkliflər gətirmisinizmi?” sualını Türkiyənin Baş naziri cavalandırmaqdan imtina edib.
İrana yeni sanksiyalar tətbiq olundu
ABŞ (Amerika Birləşmiş Ştatları) Maliyyə Nazirliyi dünən İranın İnqilab Keşikçiləri Qvardiyasıyla (SEPAH) əlaqəsi olan İranın mühəndislik şirkətlərinə sanksiyalar (təhrimlər) qoyub.İran İslam Cümhuriyyəti Gəmiçilik təşkilatı ilə əlaqəsi olan fərdlər və gəmiçilik şirkətləri də sanksiyalara məruz qalıb. Bu barədə ANN.Az “Reuters”-ə istinadən xəbər yayıb.Sanksiya qoyulan şirkətlər arasında İran və Venesuelada filialları (nümayəndəgi) olan SADRA və “Deep Offshore Technology PJS” də var.Sanksiyalar bu şirkətlərin aktivlərinin dondurulması və bu müəssisələrlə biznes həyata keçirən xarici şirkətlərin ABŞ-da olan hesablarına girişi itirmə riski ilə hədələyir.

İsrail təyyarələrinin Azərbaycandakı bazalardan istifadəsi iddiaları medianın diqqət mərkəzindədir
Güney Azərbayacan Xəbərləri






Cümə axşamı günü Qərb xəbər agentlikləri və bəzi qəzetlər Çərşənbə günü Mark Perrynin “Foreign Policy Magazin” də dərc edilən təqribən on səhifəlik məqaləsinə istinadən Azərbaycanın İsrail təyyarələrinin öz hava bazalarından istifadəyə imkan verməsi haqqında məlumat yayıblar. Məlumata Britaniyanın “The Guardian” qəzeti və Qərbin etibarlı xəbər agentlikləri də yer veriblər. Agentliklər əsas olaraq yuxarıda sözügedən məqaləyə istinad edirlər.
Xatırladaq ki,Fransa Xəbər Agentliyi Azərbaycan Prezident Aparatının ictimai siyasət şöbəsinin müdiri Əli Həsənova istinadən İsrailə hava limanlarını açması barədə “Foreign Policy Magazin”-də verilən məlumatları inkar edib. AFP yazıb ki, Jurnalda dünən çap edilən ABŞ-ın çoxunun adı çəkilməyən yüksək vəzifəli diplomat, hərbi kəşfiyyat və pensiyada olan nümayəndələrinə istinad olunan məqalədə yazılır ki, İran sərhəddi yaxınlğındakı hava limanlarından istifadə İsrailin qırıcı təyyarələrinə İrandakı nüvə qurğularına zərbələr endirmək sahəsində logistic dəsdək təmin edəcək. Bunu da xatırladaq ki, İsrail və Qərb ölkəri İranın nüvə silahı əldə etməyə çalışdığına inanırlar. İran isə nüvə proqramının sülh məqsədli olduğunu deyir.
Azərbaycan rəsmisi Əli Həsənov isə bildirib ki, İsrail hərbi təyyarələrinin Azərbaycandakı bazalardan istifadə etməsi barədə yayılan şaiələr “Azərbaycanla İran arasındakı münasibətləri pozmaq məqsədi daşıyır.” Azərbaycan Müdafiyə Nazirliyinin nümayəndəsi də bu barədə yayılan xəbərləri absurd və cəfəngiyyat adlandırıb.
Son aylarda başverən bir neçə hadisə nəticəsində Azərbaycanla İran arasında münasibətlər olduqca gərginləşib və zahirdə gərginliyin aradan götürülməsi üçün Azərbaycan rəsmilərinin səfərləri, Azərbaycan mətbuatında bildirildiyinə görə, o qədər də uğurlu alınmayıb.
Prezident Aparatının ictimai-siyasət şöbəsinin müdiri Əli Həsənov və Müdafiyə Naziri Səfər Əbiyevin İranla münasibətlərin yaxşılaşdırılması üçün müəyyən fasilələrlə bu ölkələrə etdikləri səfərlərdən sonra qarşılıqlı dosluq bəyanatlarına baxmayaraq iki ölkə arasındakı əlaqələr daha da gərginləşib.
Bu yaxınlarda Azərbaycan bildirib ki, Bakıda İranın dəsdəyi ilə İsrail, ABŞ və başqa səfirliklərə qarşı hücumlar planlaşdırıldığını aşkar edib. İran belə bir əməliyyatla əlaqəsi olmasını danıb.
Fevral ayında isə İran bu ölkəin bir nüvə aliminin qətli ilə nəticələnən, maşında yerləşdirilmiş bomba partlayışını İsrail agentlərinin həyata keçirdiklərini və onların Azərbaycan ərazisindən keçərək, yəni Azərbaycanın köməyi ilə ölkələrinə qayıddıqlarını iddia edib. Bakı İranın bu iddiasını böhtan və yalan adlandırıb və beynəlxalq birlik iki ölkə münasibətlərində bəlkə də ən ciddi böhranlardan birinə şahid olub. Qarşılıqlı notalar verilib, hətta rəsmilərin çıxışlarında dilomatiyada ümumiyyətlə istifadə olmayan bəyanatlar səslənib.
İsrail qəzetləri də bu ölkə təyyarələrinin İrana qarşı bir hava hücumunda Azərbaycandakı bazalardan istifadə edəcəyi barədə xəbərlər yayıb.


Qeyd edək ki, “Foreign Policy Magazin” də çoxlu qəzet və agentliyin istinad etdiyi məqalə də Azərbaycan rəsmilərinin bu ölkə arazisindən başqa ölkələrə qarşı hücum təşkil edilməsinə imkan verməyəcəkləri barədə bəyanatlarına da yer verib. Məqalədə deyilir ki, Azərbaycan bu öhdəliyini yerinə yetirsə belə İsrailə əsaslı yardımlar göstərə bilər. Onların bəyanatlarında İsrail təyyarələrinin Azərbaycanda yerə enməsi və ya bu ərazilərdən axdarış-xilas əməliyyatları üçün istifadə etmələrinin istisna olunması barədə bir söz deyilməyib.
Məqalə ondan çox ABŞ diplomatı, pensiyadakı hərbçi və kəşfiyyat nümayəndələrinin dediklərinə istinad etsə də onların çoxunun adını çəkmir. Məqalədə ABŞ rəsmilərinin İsraillə Azərbaycanın iddia olunan belə bir sövdələşməyə getməklə İsrailin İranı vurma təhditlərinin həyata keçə biləcəyi barədə çox narahat olduqlarına da bir neçə dəfə yer verilib.
Britaniyanın The Guardian qəzeti isə, “İsrail və Azərbaycan: ehtimal olunmayan müttəfiqlər” başlıqlı məqaləsində yazır yuxarıdakı jurnalın verdiyi xəbərə istinad edərək yazır ki, İsrail Azərbaycanla möhkəmlənmiş müttəfiqliyi nəticəsində bu ölkə təyyarələrinin İranın şimal ərazilərinə çıxışına imkan verəcək hava bazalarından istifadə imtiyazı əldə edib. İsrail də bu barədə xəbərlərin təstiqindən imtina edib. Xəbərdə yazılır ki, ABŞ- ehtiyat edir ki, bu iddia İranla-İsrail arasındakı münasibətləri daha da gərginləşdirə bilər və başverə biləcək bir müharibəyə qafqazlarında daxil olmasına gətirib çıxarda bilər. Qəzet jurnaldakı məqalənin müəllifi Perry-yə istinadən yazır ki, ABŞ kəşfiyyat mənbələri ona deyiblər ki,
“Biz İranın nə eydiyini yaxından izləyirik. İndi isə biz İsrailin Azərbaycanda etdiklərini izləyirik və bunlar barədə xoşəhval deyilik.”
Bu xəbər oxucular tərəfindən 1171 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed