Şrift:
Piy xərçəng şişlərinin əmələ gəlməsinə şərait yaradır
29.12.2016 [10:47] - Sağlıq
Alimlər bildiriblər ki, laboratoriya müşahidələri prosesində insan orqanizmində bədxassəli şişlərin əmələ gəlməsinin başlıca səbəbini tapa biliblər.

Belçikada yerləşən Flanders adına Biotexnologiya İnstitutunun ekspertlərinin sözlərinə görə, həkimlər kompleks təcrübələr sayəsində onkoloji xəstəliklərin əmələ gəlməsinə piyin təsir göstərdiyini sübuta yetiriblər. Tədqiqatların nəticələri “Nature” jurnalında dərc edilib.

Məlum olub ki, piy yığınları yeni limfa damarlarının formalaşmasında iştirak edir. Xərçəng hüceyrələri də həmin piylərin köməyi ilə orqan və toxumalara daxil olur.

Alimlərin fikrincə, bədxassəli şişlərin əmələ gəlməsi üçün xüsusi kanallar lazımdır. Onkoloji xəstəliklərin inkişafında bu kanallar əsas rol oynayır.
Bu xəbər oxucular tərəfindən 633 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed